Neft 35 dollar səviyyəsinə qayıtdı
Bizi izləyin

Ekopublika.az

Neft 35 dollar səviyyəsinə qayıtdı

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində, ötən həftəsonu ilə müqayisədə neft ucuzlaşıb. Belə ki, WTI neftinin qiyməti 32,94 dollara düşüb.

Publika.az-ın məlumatına görə, fevralın 26-da WTI 33 dollardan baha satılıb.

“Brent” markalı neft də həftəsonu sıçrayışdan sonra 35 dollar səviyyəsinə qayıdıb. Hazırda bu neftin barreli 35,51 dollardan satılır. Fevralın 26-da günün sonuna doğru isə “Brent” 37 dollara qalxmışdı.

Ötən həftənin son iş günü ilə müqayisədə qızıl da xeyli ucuzlaşıb. Qiymətli metalın unsiyasının dəyəri 12 dollar düşərək 1225,39 dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm