Bakıda bu obyektlər söküləcək, yerində...
Bizi izləyin

Ekopublika.az

Bakıda bu obyektlər söküləcək, yerində...

Bakı şəhərinin gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir.

Publika.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov APA-ya bildirib.

Komitə sədrinin sözlərinə görə, sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar, bulvarlar yerləşdirmək, həmçinin, mövcud Dənizkənarı bulvarın Bakı Buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 km-dən 25 km-ə qədər artırılması təklif olunur: "Bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların çəkilməsi, bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların çəkilməsi nəzərdə tutulur".

A.Ələsgərov bildirib ki, Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər yerləşəcək, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar salınacaq.

Dövlət Bayraq Meydanı ilə yanaşı neft muzeyi və akademiyası, müasir incəsənət muzeyi və milli tarix muzeyi də yerləşəcək: "Mövcud yük limanının yerində Su idmanı sarayı ilə yanaşı avarçəkmə kanalı və Beynəlxalq sərgi mərkəzi, Milli idman kompleksi, müxtəlif dərəcəli (olimpiya kəndi) otellər tikiləcək".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm