Konsorsium razılaşdı: Gürcüstana əlavə qaz veriləcək
Bizi izləyin

Ekopublika.az

Konsorsium razılaşdı: Gürcüstana əlavə qaz veriləcək

"Əvvəl biz Gürcüstana satdığımız qazın 60%-ni qışda, 40%-ni isə yada ötürürdük. Amma indi 70%-i qışda, 30%-i yayda ötürəcəyik".

Publika.az “Report”a istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev "Şahdəniz" konsorsiumu ilə razılığa gəlindiyini və əlavə 500 mln. kubmetr həcmində təbii qazın da Gürcüstana bu yolla ötürüləcəyini deyib: "Bilirsiniz ki, "Şahdəniz"də bizim 500-700 mln. kubmetrə qədər əlavə qaz istifadə etmək, yaxud onu Türkiyə və Gürcüstan bazarında satmaq imkanımız var. Məhz ona görə də boru xəttində əlavə yer ayırdıq ki, 500 mln. kubmetrə qədər əlavə qazı Gürcüstana sataq. Əvvəl yalnız 800 mln. kubmetrə qədər "Şahdəniz" qazı satırdıq. Amma indi imkan yaranıb ki, bunu 1,5 mlrd. kubmetrə çatdıraq".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm