“Qazprom”un Ukrayna ssenarisi Türkiyəyə qarşı
Bizi izləyin

Ekopublika.az

“Qazprom”un Ukrayna ssenarisi Türkiyəyə qarşı

Qiymət müzakirələrində üstünlüyü təmin etməyə çalışan, bu səbəbdən Baltikyanı ölkələr və Ukraynada bazar payını itirən “Qazprom” hazırda Türkiyə ilə eyni situasiyanı yaşayır.

Publika.az xəbər verir ki, Rusiyadan Qərb Xətti ilə Türkiyəyə qaz daşıyan özəl şirkətlər 10,25 faizlik endirimin ləğv olunmasından sonra yüksək həcmdə ödəniş aparmağı rədd ediblər. Buna cavab olaraq da “Qazprom” qaz nəqlini azaldıb.

Nəzərə çatdıraq ki, “Qazprom” Türkiyəyə müqavilədə nəzərdə tutulandan 15 faiz az qaz satmağa başlayıb.

Qeyd edək ki, 2018-ci ilə qədər Türkiyənin “Qazprom”dan başqa alternativi olmadığı irəli sürülür. Eyni zamanda, Türkiyənin qaza olan tələbatı da artmayıb. Bununla belə, “Qazprom”un Türkiyə bazarında payının azaldılacağı istisna edilmir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm