40 faizi bahalaşıb, 60 faizi ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

40 faizi bahalaşıb, 60 faizi ucuzlaşıb

2015-ci ildə hökumət tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi əczaçılıq məhsulları üzrə qiymətlərin azalmasına səbəb olub.

Publika.az Mərkəzi Bankın pul siyasəti icmalına istinadən xəbər verir ki, Tarif Şurası tərəfindən cəmi 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq 25.12.2015-ci il tarixində 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin, Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin yeni qiymətləri müəyyənləşdirilib.

Dərman vasitələrinin qiymətinin aşağı salınması məqsədi ilə il ərzində görülmüş tədbirlər dərman qiymətlərində baş verə biləcək yüksək artımın qarşısını alıb. Beləliklə, Tarif Şurasının son qərarına əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə isə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla cəmi 30% artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm