Dollar bahalaşacaq - RƏY
Bizi izləyin

Ekopublika.az

Dollar bahalaşacaq - RƏY

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirdiyi növbəti valyuta hərracında 30 mln. ABŞ dolları həcmində valyuta kütləsi almaq niyyətindədir.

Publika.az verir ki, bu, milli valyutanın devalvasiyaya başladığı son 14 ay ərzində AMB-nin valyuta bazarında ilk manat intervensiyası olacaq.

Qeyd edək ki, bugünkü hərracda AMB-nin kommersiya banklarından ABŞ dolları alaraq son günlərdə sürətlə möhkəmlənən manatın məzənnəsini sabitləşdirmək istədiyi ehtimal edilir. Hərracda AZN/USD məzənnəsinin kəskin dəyişiklik göstərməyəcəyi proqnozlaşdırılır.

İqtisadçı-ekspert Samir Əliyev Publika.az-a açıqlamasında bildirib ki, intervensiya manatla olan pul kütləsini nəzərdə tutur. Mart ayında pul kütləsinin artdığını deyən ekspert bunun analoji prosesin iki aydır davam etdiyini vurğulayır: “Mərkəzi Bank devalvasiyadan sonra pul kütləsini sıxmaq siyasəti yürütdü. Pul kütləsi iki dəfəyə qədər azaldıldı. Bunun nəticəsidir ki, iqtisadiyyatda manat qıtlığı müşahidə edilir. Banklar manatla krediti verməkdə maraqlı deyillər. Pul kütləsinin məhdudlaşması ölkədə həm inflyasiyanı məhdudlaşdırır, həm də manata təzyiqi azaldır. Yəni dollar alışını məhdudlaşdırır. Biz bunun nəticəsini görürük də. Mərkəzi Bankın müəyyən etdiyi valyuta hərraclarında dollar tələbat azalıb. Hətta sonuncu hərracda bir bank iştirak etdi”.

Manatla pul kütləsinin azaldılmasının dollara tələbatı aşağı saldığını deyən ekspert Mərkəzi Bankın pul kütləsinin artdığını söyləyir: “Bu artım əlavə dollar alışını stimullaşdırır”.

S.Əliyev artımın elə də əhəmiyyətli olmadığı deyir: “Yəni bazara təsir göstərəcək səviyyəsində deyil. İstənilən halda Mərkəzi Bank iqtisadiyyatı stimullaşdırmaq istəyirsə, pul kütləsini artırmalıdır. Prosesi belə davam etdirməklə iqtisadi aktivlik aşağı düşür. Sahibkarlıq mühiti pisləşir”.

Ekspert bildirir ki, aprelin ikinci yarısından dollar manata nisbətdə möhkəmlənəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm