Neft ixracı 5,3 dəfə azalıb
Bizi izləyin

Ekopublika.az

Neft ixracı 5,3 dəfə azalıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2016-cı ilin mart ayında Novorossiysk limanından 79 min 678 ton xam neft ixrac edib.

Publika.az şirkətə istinadən xəbər verir ki, Supsa limanından 176 min 335 ton, Ceyhan limanından 1 milyon 644 min 415 ton xam neft ixrac olunub. Bu da son üç ayda 5,3 dəfə azalma deməkdir. 2015-ci ildə isə SOCAR Novorossiyskdən 1 milyon 270,108 min. ton neft göndərib.

Ümumilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 79 min 936 ton, Supsa limanından 599 min 600 ton, Ceyhan limanından 4 milyon 628 min 741 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm