Avtonəqliyyat vasitəsi sahiblərinin sığortası 77 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Avtonəqliyyat vasitəsi sahiblərinin sığortası 77 faiz artıb

Bu ilin mart ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 109 842 müqavilə qeydiyyata alınıb.

Publika.az xəbər verir ki, bunların 11 004-ü xarici ölkədə qeydiyyata alınan və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

2016-cı ilin mart ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 9,5 milyon manat olub.

Qeyd edək ki, AVSMMİS üzrə mart ayında bağlanılan standart sığorta müqavilələrinin 22 034-ü indiyədək informasiya sistemində mövcud olmayan, yəni icbari sığortası olmayan avtonəqliyyat vasitələri ilə bağlıdır.

2015-ci ilin mart ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 59,1%, sığorta haqlarının məbləğində isə 76,8% artım müşahidə edilib. Ümumilikdə, 2016-cı ilin yanvar-mart aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 240 176 müqavilə bağlanılıb. Bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 20,1 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 21%, sığorta haqlarının məbləğində isə 31% artım müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm