Gəlir vergisi geri qaytarılacaq
Bizi izləyin

Ekopublika.az

Gəlir vergisi geri qaytarılacaq

Bu ilin fevralın 1-dən martın 1-ə qədər banklar tərəfindən əmanətlərdən tutulan gəlir vergisi əmanətçilərə geri qaytarılacaq.

Publika.az xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən “Açıq qapı günü” çərçivəsində Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarənin rəisi Samirə Musayeva deyib.

O bildirib ki, qanunda əmanətlərdən gəlir vergisinin fevralın 1-dən azad olunması nəzərdə tutulurdu: “Qanun isə martın 1-də imzalandı. Qeyd etmək istəyirəm ki, qanun 1-2 ay sonra imzalansa da, qanunda tətbiqi nəzərdə tutulan vaxt nəzərə alınmalıdır. Buna görə də banklar əmanətlərdən gəlir vergisi tutublarsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır. Bu çox sadə bir əməliyyatdır. Banklar müştəriləri ilə bu məsələni həll etməlidir. Daha sonra bəyannamələrdə düzəliş edilə bilər. Əgər vəsaitlər büdcə vəsaiti hesabına qaytarılıbsa, büdcə ilə qarşılıqlı hesablaşmalar aparılmalıdır. Başqa sözlə, bu məsələdə əmanətçilərin hüquqları qorunur".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm