Dünya Bankından Azərbaycanla bağlı PROQNOZ
Bizi izləyin

Ekopublika.az

Dünya Bankından Azərbaycanla bağlı PROQNOZ

2016-cı ildə Azərbaycan iqtisadiyyatı 1,9% azalacaq. Cari əməliyyatlar balansındakı kəsr artaraq ÜDM-in 4,7%-ni təşkil edəcək.

Publika.az xəbər verir ki, bu barədə Dünya Bankının aprel ayında yenilədiyi “ECA Economic Update: The impact of China on Europe and Central Asia” hesabatında deyilir. Hesabatda bildirilir ki, tədricən neft qiymətlərinin artması ilə iqtisadi artım 2017-ci ildə yüksələrək 2018-ci ildə 1,3% səviyyəsinə çıxacaq. Sosial xərclərin yüksək olması (ÜDM-in 4%-i) və Cənub Qaz Dəhlizinin tikintisi (ÜDM-in 4,25%-i) də daxil olmaqla dövlət investisiyalarının həcminin artması səbəbindən 2016-cı ildə büdcə kəsirinin ÜDM-in 14%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiyalarının böyük hissəsi xaricdə yerləşdiriləcəyindən onun daxili iqtisadiyyata təsiri də məhdudlaşacaq.

Hesabata görə, ötən il ÜDM artımında Cənubi Qafqaz, Mərkəzi Asiya və Rusiyada sürətli geriləmə müşahidə edilib. Belə ki, Cənubi Qafqazda bu rəqəm 3,3%, Mərkəzi Asiyada 1,6%, Rusiyada isə 1,3% olub.

O da qeyd edilir ki, Azərbaycanda ötən ilin fevral ayında həyata keçirilən milli valyutanın ilk devalvasiyasından sonra ölkədə dollarlaşmanın səviyyəsi artıb və bu proses 2015-ci il boyunca davam edib: "Azərbaycanda bank aktivlərinin portfeli zəifləyib və problemli kreditlərin həcmi kəskin artıb. Neft Fondunun aktivləri 33,5 mlrd. ABŞ dolları müəyyən edilib, halbuki ilin əvvəlində bu rəqəm 37 mlrd. dollar olub. Aşağı neft qiymətləri iqtisadi problemləri və infliyasiyanı şərtləndirən əsas amildir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm