BTC ilə 2,6 milyon ton neft nəql olunub
Bizi izləyin

Ekopublika.az

BTC ilə 2,6 milyon ton neft nəql olunub

Mart ayında BTC kəməri ilə 2,6 milyon tondan artıq Azərbaycan nefti nəql olunub.

Publika.az xəbər verir ki, 2016-cı ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 623 min 733 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 313 min 312 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər BTC-yə 299 milyon 988 min 701 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin mart ayında BTC kəməri ilə 440 min 162 ton Türkmənistan nefti nəql olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm