Ekopublika.az
Üç ayda 10,5 milyon ton neft hasil olunub
Bu ilin birinci rübündə Azərbaycanda 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bu da nəzərdə tutulandan 600 min ton çoxdur.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında energetika naziri Natiq Əliyev məlumat verib.
Nazir bildirilib ki, hasil olunan neftin 82 faizi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının payına düşüb. Üç ayda 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu Konsorsiuma, 220 min tonu isə SOCAR-a aiddir.
N.Əliyev qeyd edib ki, rüb ərzində respublikada 7,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu, proqnozdan 197 milyon kubmetr çoxdur
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!