Ekopublika.az
Goranboyda sahibkarlar üçün treninq keçirilib
Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında növbəti treninqlər aprelin 1-də Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, tədbir Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin
təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
təşkil edilmişdir.
Treninq iştirakçılarına biznes ideyanın yaradılması və biznes
planların tərtib edilməsi, biznesdə risklərin azaldılması yolları,
sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik və s.
barədə məlumatlar verilmişdir.
Tədbir çərçivəsində "Biznes planların və investisiya layihələrinin
hazırlanması", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin
sığortalanması" mövzularında təqdimatlar keçirilmişdir.
Bundan başqa, tədbir iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi
tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az,
www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları,
portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı
imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi
ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə
məlumatlandırılmışlar.
Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi
tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları
maraqlandıran suallar cavablandırılmışdır.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK