Neft zərbəsi: 400 milyard dollar lazımdır
Bizi izləyin

Ekopublika.az

Neft zərbəsi: 400 milyard dollar lazımdır

Altı Körfəz ölkəsinin büdcəsi 2015-ci ildə 160 milyard dollar kəsir verib. Bu ölkələrin büdcə kəsirini bağlamaq üçün 2020-ci ilə qədər 390 milyard dollar borclanmaya ehtiyacı var.

Körfəz ölkələrinin, neftin qiymətinin aşağı düşməsi səbəbindən yaranan büdcə kəsirini ödəmək üçün 2020-ci ilə qədər 390 milyard dollar borclanmaya ehtiyacı olduğu bildirilib.

"Marja" xəbər verir ki, Küveyt Maliyyə Mərkəzinin (Markaz) hesabatına görə, əsas gəlir mənbəyi neft olan altı Körfəz ölkəsinin (Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri) büdcəsi ötən il 160 milyard dollar kəsir verib. Büdcə kəsirinin 2015-2016-da 318 milyard dollara çatmasının gözlənildiyi qeyd olunub.

ƏN BÖYÜK NEFT İSTEHSALÇILARI

Hesabatda neftin qiymətinin aşağı düşməsi səbəbindən yaranan büdcə kəsirini maliyyələşdirmək üçün Körfəz ölkələrinin 2020-ci ilə qədər 390 milyard dollar borclanmaya ehtiyacı olacağı qeyd edilib.

Neftin barreli 2014-ci ildən bu yana təxminən 70 faiz azalaraq 120 dollardan 30 dollara qədər düşmüşdü.

Beynəlxalq Valyuta Fonduna (BVF) görə, gəlirlərinin 80%-ini neft satışından əldə edən Körfəz ölkələri, qiymətlərdəki azalma səbəbi ilə son bir ildə 275 milyard dollar itkiyə məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm