“MİDA”nın nizamnamə kapitalı 10 milyon manat müəyyənləşdi
Bizi izləyin

Ekopublika.az

“MİDA”nın nizamnamə kapitalı 10 milyon manat müəyyənləşdi

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində yaradılan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı (sərmayəsi) 10 milyon manat müəyyən olunub.

Publika.az xəbər verir ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsində qeyd edilib ki, Cəmiyyətin nizamnamə kapitalı 10.000.000 (on milyon) manatdır.

Cəmiyyətin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə kapitalından, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, fəaliyyət istiqamətlərinə uyğun olaraq sərəncamında olan əmlakın özgəninkiləşdirilməsindən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

Cəmiyyətin sərəncamına verilmiş torpaq sahələri və digər əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Cəmiyyətə məxsusdur.

Cəmiyyət ona verilmiş əmlakdan yalnız müəyyən olunmuş məqsədlərə uyğun istifadə etməlidir.

Cəmiyyət sərəncamına verilmiş, habelə fəaliyyəti nəticəsində əldə etdiyi torpaq sahələri və digər daşınmaz əmlak üzərində Agentliyin razılığı ilə müstəqil qaydada sərəncam verə bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm