• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Rusiya ilə Səudiyyə arasında gizli danışıqlar

Rusiya ilə Səudiyyə arasında gizli danışıqlar

Rusiya İranın iştirakı olmadan da neftdə istehsalının dondurulmasına dair razılaşmanın əldə ediləcəyinə ümid edir.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Kremlin mətbuat spikeri Dmitry Peskov Rusiyanın enerji naziri Aleksandr Novakın Səudiyyəli həmkarı ilə telefon əlaqəsinə toxunaraq razılaşma ilə bağlı ümid olduğunu deyib.

Dünyanın ən böyük neft istehsalçıları (təqribən 16 ölkə) aprelin 17-də Qətərin paytaxtı Dohada bir araya gələcəklər. Görüşdə neft bazarında qiymətlərin orta səviyyəyə çatması üçün hasilatın dondurulması müzakirə ediləcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanı İran daxil böyük istehsalçıların dondurma qərarına razılıq verəcəyi təqdirdə istehsalı donduracağını açıqlamışdı. İranın neft naziri isə istehsalın dondurulmasının "gülünc" olduğunu bildirmişdi.

Mövzuya dair məlumatlara sahib bir qaynağa görə, Novaki Səudiyyə Ərəbistanının neft naziri Əli al-Naimi ilə istehsalın dondurulması istiqamətində şərtləri müzakirə edib. Ən maraqlısı da odur ki, görüşlər gizli aparılır. Rusiya müzakirələrdən kifayət qədər ümidlidir.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>