DB rəhbərindən qorxunc PROQNOZ
Bizi izləyin

Ekopublika.az

DB rəhbərindən qorxunc PROQNOZ

Dünya Bankının rəhbəri Cim Yong Kim qlobal iqtisadiyyatın çətin bir dövrdə ciddi problemlərlə üzləşdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının yaz toplantısından sonrakı çıxışında Cim Yong Kim bildirib ki, qlobal iqtisadiyyatın vəziyyəti təkcə ABŞ və Hindistanda parlaqdır: “Avropa, Yaponiya və yüksələn bazar iqtisadiyyatlarında zəifləmə davam edir. Rusiya və Braziliya yenə mənfi artım yaşayacaq. Buna görə də bu ilki qlobal artım proqnozunu 2,9 faizdən 2,5 faizə çəkdik".

O bildirib ki, bu gün təxminən 700 milyon insan həddindən artıq yoxsulluq şəraitində yaşayır: “Bu rəqəm son 15 ildə 1 milyarddan çox azalıb. Ancaq zəifləyən qlobal iqtisadiyyat, həddindən artıq yoxsulluğu 2030-cu ildə sonlandırma cəhdlərimizi təhdid edir. Qlobal iqtisadiyyatda ABŞ və Hindistan xaricində parlaq nöqtə yoxdur. Avropa, Yaponiya və yüksələn bazar iqtisadiyyatlarında zəiflik davam edir. Rusiya və Braziliya yenə mənfi artım yaşayacaq”.

DB rəhbəri onu da bildirib ki, bu il böhranla bağlı xərcləmələr 20 milyard dolları aşacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm