Maliyyə Nazirliyindən büdcə hesabatı
Bizi izləyin

Ekopublika.az

Maliyyə Nazirliyindən büdcə hesabatı

Bu ilin üç ayında dövlət büdcəsinə 3678,1 milyon manat vəsait daxil olub. Büdcədən 2623,5 milyon manat vəsait xərclənib.

Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcənin icrasında yaranan 1054,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 8,4 faizi səviyyəsində olub.

Daxilolmaların 23,6 faizi əlavə dəyər vergisi, 10,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 10,1 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 7,5 faizi digər vergilər, 44,8 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 26,9 faizi sosial müdafiə və sosial təminat, 15,1 faizi təhsil və səhiyyə sahələrinin, 6,4 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 51,6 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm