Xarici ticarət dövriyyəsi 2 milyon dolları ötdü
Bizi izləyin

Ekopublika.az

Xarici ticarət dövriyyəsi 2 milyon dolları ötdü

Bu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 2203,3 milyon ABŞ dolları təşkil edib.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1223,4 milyon dollarını və ya 55,5 faizini ölkədən ixrac olunmuş məhsullar, 979,9 milyon dollarını (44,5 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 243,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 30,0 faiz, o cümlədən ixrac 20,6 faiz, idxal isə 42,7 faiz azalıb. Ticarət dövriyyəsinin 46,3 faizi Avropa İttifaqı ölkələrinin, 12,0 faizi MDB üzvü ölkələrinin, 41,7 faizi isə digər ölkələrin payına düşüb.

İdxal olunmuş məhsulların dəyərinin 31,7 faizi Avropa İttifaqı ölkələrinin, 17,6 faizi MDB üzvü ölkələrinin, 50,7 faizi isə digər ölkələrin payına düşüb. İxrac edilən məhsulların 58,0 faizi Avropa İttifaqı ölkələrinə, 7,5 faizi MDB üzvü ölkələrinə, 34,5 faizi isə digər ölkələrə göndərilmişdir. 2016-cı ilin yanvar-fevral aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 46,4 faiz azalaraq 174,3 milyon dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm