DGK: büdcə öhdəliyinə 114 faiz əməl olunub
Bizi izləyin

Ekopublika.az

DGK: büdcə öhdəliyinə 114 faiz əməl olunub

2016-cı ilin ilk üç ayı ərzində büdcə öhdəliyinə artıqlaması ilə əməl olunub.

Publika.az-a bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

DGK-dan bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində komitənin 2016-cı ilin I rübü üçün proqnozlaşdırılan büdcə öhdəliyini tam təmin edə bilməməsi barədə həqiqətəuyğun olmayan məlumatlar yayılıb. Hansı ki “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanununa əsasən Dövlət Gömrük Komitəsi üçün cari ilə 1 milyard 810 milyon manat büdcə proqnozu müəyyənləşdirilib. Mövcud qaydalara görə hər il Dövlət Gömrük Komitəsi üçün proqnozlaşdırılan büdcə öhdəliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla aylar üzrə bölgü qrafiki təsdiqlənir. Bölgüyə əsasən isə birinci rüb üzrə müəyyən olunan 363 milyon 260 min manat məbləğdə proqnoz faktiki olaraq 416 milyon 916 min manat həcmində yerinə yetirilməklə, büdcə öhdəliyinə birinci rübdə 114,77 faiz əməl olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm