Statistika açıqlandı: Türkiyə birincidir
Bizi izləyin

Ekopublika.az

Statistika açıqlandı: Türkiyə birincidir

2016-cı il yanvar-mart ayları ərzində müəssisə və təşkilatların sayı 1,8 faiz artaraq, 2016-cı il aprelin 1-i vəziyyətinə 102129 olub.

Publika.az Statistika Komitəsinə istinadən xəbər verir ki, artım əsasən iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Nəqliyyat və anbar təsərrüfatı”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələrində baş verib.

“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində müəssisə və təşkilatların Dövlət registrindəki xüsusi çəkisi daha yüksək olub. Xüsusi mülkiyyətə aid olan müəssisə və təşkilatların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (28,6%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (18,5%), Tikinti” (11,4%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (10,1%), “Peşə, elmi və texniki fəaliyyət” (6,8%) və “Emal sənayesi” (6,2%) sahələrinin payına düşür.

Statistik vahidlərin dövlət registrində qeydiyyatdan keçən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (29,8%), Böyük Britaniya (8,0%), Rusiya (6,7%), İran (5,0%), ABŞ (3,4%), Almaniya (2,0%) və digər ölkələrin (45,1%) sahibkarları tərəfindən yaradılıb.

2016-cı ilin yanvar-mart ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 41,1 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 14,1 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 7,1 faizi “Tikinti”, 6,2 faizi ”Maliyyə və sığorta fəaliyyəti”, 5,8 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 5,0 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, qalanları isə digər sahələrin payına düşür.

Bu dövrdə yeni yaradılan müəssisə və təşkilatların 32,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 22,9 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 8,1 faizi “Tikinti”, 6,5 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 5,5 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, qalanları isə digər bölmələrin payına düşür.

Rəqəmlərin statistikası göstərir ki, 2016-cı ilin yanvar-mart ayları ərzində yeni yaradılan müəssisə və təşkilatların 97,2 faizi xüsusi mülkiyyətli (onlardan 5,4 faizi tam xarici investisiyalı, 1,5 faizi birgə mülkiyyətli), 0,2 faizi bələdiyyə mülkiyyətli, 2,6 faizi dövlət mülkiyyətli müəssisələrin payına düşür. Qeydiyyatda olan müəssisə və təşkilatların 53,4 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılan müəssisə və təşkilatların 61,3 faizi Bakıda, 11,8 faizi Aran, 7,7 faizi Abşeron, 5,3 faizi Quba-Xaçmaz, 5,0 faizi Lənkəran və 4,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Lənkəran (1,7%), Dağlıq Şirvan (1,4%), Abşeron (2,4%), Bakı şəhərində (2,3%), Yuxarı Qarabağ (0,6%), Aran (1,7%), Gəncə-Qazax (1,3%), Şəki-Zaqatala (0,7%) və Quba-Xaçmaz (3,5%) iqtisadi rayonlarında daha fəal olub. Bu dövrdə Bakı şəhəri üzrə 126, Abşeron iqtisadi rayonu üzrə 62, Gəncə-Qazax iqtisadi rayonu üzrə 18, Aran iqtisadi rayonu üzrə 16, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 9, Naxçıvan iqtisadi rayonu üzrə 5, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 3, Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 2 müəssisə ləğv edilib.

2016-cı il aprelin 1-i vəziyyətinə ölkədə mövcud olan kiçik müəssisələrin sayı və strukturu “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanunu və “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyənləşdirilmiş işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında götürülüb.

Kiçik müəssisələrin 56,9 faizi Bakıda, 12,9 faizi Aran, 7,0 faizi Abşeron, 6,1 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm