Neft gəlirlərimiz hara xərclənir?
Bizi izləyin

Ekopublika.az

Neft gəlirlərimiz hara xərclənir?

“Azərbaycanda neft gəlirləri daha çox sosial layihələrə yönəldilir”.

Publika.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan “Vətəndaş cəmiyyəti və biznes: Sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət” mövuzusunda panel iclasında çıxışı zamanı bildirib.

Vitse-prezident deyib ki, sosial layihələrə yeni xəstəxanaların, məktəblərin, iaşə obyektlərinin tikintisi, bərpa edilməsi işləri daxildir.

E.Nəsirov qeyd edib ki, Azərbaycan qədim neft ölkəsidir: “Ölkəmiz zəngin ehtiyatlara malikdir. Biz hazırda alternativ variantların üzərində işləyirik. Alternativ variant da ölkə qazını Avropa bazarına çıxarmaqdan ibarətdir. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin fəaliyyətə başlamasında maraqlıdır. Bununla Azərbaycan qazı Avropaya çıxarılacaq. Hazırda bu istiqamətdə işlər görülür”.

Vitse-prezidenti bildirib ki, Azərbaycan beynəlxalq şirkətlərin marağında olan məkandır:

“Həmin şirkətlər ölkəyə investisiya qoymaqda maraqlıdırlar. Bunun üçün ölkədə şərait mövcuddur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm