Sığorta sahəsində gözlənilən yeniliklər müzakirə olunub
Bizi izləyin

Ekopublika.az

Sığorta sahəsində gözlənilən yeniliklər müzakirə olunub

Azərbaycanda sığorta sahəsində nəzərdə tutulan yeniliklər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta komitəsinin iclasında müzakirə edilib.

Azərbaycanda sığorta sahəsində nəzərdə tutulan yeniliklər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta komitəsinin iclasında müzakirə edilib.

ASA-nın sədri Orxan Bayramov bildirib ki, iclasda Azərbaycanda ilk dəfə olaraq sığorta təlim-tədris mərkəzinin yaradılması, agentlərin keyfiyyət reyestrinin yaradılması, katastrofik risklərlə bağlı hovuzun yaradılması, həmçinin qanunvericilikdə əhalini və şirkətləri narahat edən məsələlərlə bağlı bəzi texniki dəyişikliklər müzakirə olunub.

ASA rəhbərinin sözlərinə görə, təlim-tədris mərkəzinin assosiasiyanın nəzdində yaradılması nəzərdə tutulur.

Sığorta agentlərinin keyfiyyət reyestrinin yaradılması məsələsi ətrafında da müzakirələr aparılıb. O.Bayramovun sözlərinə görə, burada əsas məqsəd yaxşı və pis agentlərin müəyyən edilməsidir: "Əgər agent qəsdən mənfi hallara yol verirsə, bazar iştirakçıları bunu bilməli və həmin agenti tanımalıdırlar".

Katastrofik risklərlə bağlı məsələ də geniş müzakirə olunub. Burada qanunvericiliyə ediləcək vacib dəyişikliklərdən söhbət gedir. Qanunvericiliyə bütün tərəfləri qane edən texniki dəyişikliklər edilməsi təklif olunub. ASA rəhbərinin sözlərinə görə, bununla bağlı təkliflər toplanıb ümumiləşdiriləcək və Maliyyə Nazirliyinə təqdim olunacaq.

İclasla bağlı daha ətraflı məlumatı ASA-ya müraciət etməklə almaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm