Supermarketlərin güzəşt istəyinə nazirlikdən CAVAB
Bizi izləyin

Ekopublika.az

Supermarketlərin güzəşt istəyinə nazirlikdən CAVAB

“Avropa ölkələrində ƏDV dərəcəsi orta hesabla 20%-dir. Bununla müqayisədə Azərbaycandakı 18% yüksək dərəcə deyil”.

Publika.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva supermarketlərin vergi güzəştləri istəyinə münasibət bildirərkən deyib.

O deyib ki, Vergilər Nazirliyi pərakəndə ticarətdə ƏDV ilə bağlı diferensiallaşdırmanın nağdsız hesablaşmalara tətbiq olunmasının tərəfdarıdır. Bu, həm ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına, həm də ticarət və xidmət obyektlərinin dövriyyəsinin tam şəffaflaşmasına stimul yarada bilər. Ona görə də ortaya çıxan bütün məsələlərə kompleks şəkildə yanaşılmalı, elə qərarlar qəbul edilməlidir ki, bu, həm dövlət büdcəsinin gəlirlərinin azalması ilə nəticələnməsin, həm də sahibkarlara dolayı yollarla problem yaradan maneələri aradan qaldırmaqla onların normal fəaliyyəti təmin olunsun”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm