Azərbaycan-Avstriya iqtisadi əlaqələri müzakirə olunub
Bizi izləyin

Ekopublika.az

Azərbaycan-Avstriya iqtisadi əlaqələri müzakirə olunub

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avstriya arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ş.Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi əlaqələrin uğurla davam etdiyini vurğulayıb. İkitərəfli əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli rəsmi səfərlər, aparılan danışıqlar xüsusi əhəmiyyətə malikdir. Qeyd edilib ki, iki ölkə arasında möhkəm hüquqi baza yaradılıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanan 50-dən çox Avstriya şirkəti iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. 2013-cü ildə Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 85%-ə yaxın artıb. İş adamları arasında əlaqələrin təşviq edilməsində və inkişafında AZPROMO və Avstriyanın analoji qurumunun fəaliyyəti təqdirəlayiqdir.

Görüşdə nazir Azərbaycan iqtisadiyyatına, müxtəlif sahələrdə aparılan islahatlara, ölkəmizin əlverişli coğrafi mövqeyinə, həyata keçirilən iri layihələrə, qeyri-neft sektorunun prioritetliyinə dair məlumatları qonağın diqqətinə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Ş.Mustafayev işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını qeyd edib.

K.Kopf ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirən qonaq Avstriyanın ölkəmizlə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə iştirak edən Avstriya şirkətləri fəaliyyətləri barədə məlumat veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm