“Moody's” bankları xəbərdar etdi
Bizi izləyin

Ekopublika.az

“Moody's” bankları xəbərdar etdi

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Moody's” Azərbaycanın kredit notunu "Ba1" olaraq təsdiqləyərək görünüşünü ''mənfi'' təyin edib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Azərbaycanın kredit notunu bu il fevralın 5-də "Baa3"ə deyil, "Ba1"ə salındığı xatırladan qurum eyni tarixdə başlayan kredit qeydi qiymətləndirmə müddətinin artıq tamamlandığını ifadə edib.

Şərhdə bildirilir ki, qiymətləndirmə müddətində neftin qiymətinin aşağı olması şoklar yaradıb. Bankçılıq sektorunda böhrana gətirib çıxarıb.

Qurum Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) yüksək valyuta ehtiyatlarına da toxunub. Bildirib ki, vəsaitlər dövlət balansı üçün tampon funksiyasını yerinə yetirə bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm