• USD 1,7000 0,00% EUR 2,0006 -0,83%
    • GBP 2,1796 -1,06% RUB 0,0223 -0,90%

Amerikanın neft şirkətləri milyardlar itirdi

Amerikanın neft şirkətləri milyardlar itirdi

Neftin qiymətinin azalması səbəbindən ABŞ-ın ən böyük üç neft şirkətinin dəqiq qazancı və gəlirləri düşüb.

Publika.az xəbər verir ki, ölkənin ən böyük neft şirkəti “ExxonMobil”in 2016-cı ilin ilk rübündə dəqiq qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 63 faiz azalaraq 1,8 milyard dollara qədər geriləyib.

Şirkət 2015-ci ilin ilk üç ayında 4,9 milyard dollar qazanc açıqlamışdı. Bundan əlavə şirkətin 2016-cı ilin ilk rübündə dəqiq gəliri keçən ilin eyni dövrünə görə 28 faiz azalaraq 48,7 milyard dollar olub. Keçən ilin ilk üç ayında “ExxonMobil”in cəmi gəliri 67,6 milyard dollar idi.

ABŞ-ın ikinci böyük neft şirkəti “Chevron” da 2016-cı ilin ilk rübündə 725 milyon dollar zərərə düşdüyünü bəyan edib. Halbuki şirkət keçən ilin ilk rübündə 2,6 milyard dollar qazanc açıqlamışdı.

“Chevron”un 2016-cı ilin ilk rübündə dəqiq gəliri keçən ilin eyni dövrünə görə 32 faiz azalaraq 23,5 milyard dollar olub. Keçən ilin ilk üç ayında şirkətin cəmi gəliri 34,6 milyard dollar idi.

ABŞ-ın üçüncü böyük neft şirkəti “Conoco Phillips” də ilin ilk rübündə 1,5 milyard dollar zərər etdiyini açıqlayıb. Şirkət keçən ilin ilk 3 ayında 272 milyon dollar qazanc əldə etmişdi. Bu ilin ilk rübündə 5 milyard dollar dəqiq gəlir əldə edən “Conoco Phillips” keçən ilin ilk üç ayında 8 milyard dollar gəlir açıqlamışdı. Beləcə, şirkətin dəqiq gəliri ildən ilə 37,5 faiz eniş göstərmiş olub.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR