Ekopublika.az
“Bulla-dəniz”də 4 qaz quyusu qazılacaq
“Bulla-dəniz” yatağında yeni inşa edilən 6 nömrəli stasionar dəniz özülündə üç il ərzində 4 təbii qaz quyusunun qazılması planlaşdırılır. Burada gündəlik 4 milyon kubmetr təbii qaz hasil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, 6 nömrəli stasionar dəniz özülü ən yüksək dünya standartlarına uyğun tikilərək istifadəyə verilib, artıq qazma işlərinə başlanılıb. Bu özül SOCAR-ın təbii qaz proqramını həyata keçirmək üçün əsas platformalardan biri olacaq.
R.Abdullayev bildirib ki, SOCAR-ın hökumət qarşısındakı öhdəliklərinə uyğun olaraq yeni təbii qaz proqramı həyata keçirilir. Proqramda “Bulla-dəniz”, “Ümid” və “28 May” yataqlarının işlənməsi, genişlənməsi, yeni quyuların qazılması və təbii qaz hasilatının artırılması nəzərdə tutulur. Qazma proqramını icra etmək üçün hökumət Mərkəzi Bank vasitəsilə kredit ayırıb. Nəzərdə tutulan bütün işlər həmin kredit hesabına həyata keçiriləcək.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...