İranın qərarı dünya neft bazarına təsir göstərdi
Bizi izləyin

Ekopublika.az

İranın qərarı dünya neft bazarına təsir göstərdi

İranın neft hasilatını dondurmaq planına qoşulmağa hazır olduğunu bildirməsi dünya bazarında neftin qiymətini qaldırıb.

ANS PRESS-in məlumatına görə, bu gün dünya birjalarında Brent neftinin 1 barelinin qiyməti 1,8 dollar bahalaşaraq 46 dollara qədər qalxıb.

Xatırladaq ki, neftin qiymətini qaldıran bəyanatı mayın 7-də İran Milli Neft Şirkətinin nümayəndəsi səsləndirib.

Rusiyanın “Exo Moskvı” radiosunun yaydığı məlumata görə, artıq İslam Respublikası neft hasilatını dondurmaq üzrə OPEK ölkələri tərəfindən edilən çağırışlara hazırdır. Amma bununla belə, İran Milli Neft Şirkətinin nümayəndəsi son qərarın hökumət tərəfindən veriləcəyini bildirib.

Analitiklər bu qərarı ölkənin artıq lazım olan səviyyədə, yəni gündə 4 milyon barel neft hasilatı səviyyəsinə qalxması ilə izah edirlər. Tehran hasilatı dondurmaq barədə qərarı məhz bu səviyyəyə qalxdıqdan sonra verəcəyini bildirmişdi. Buna görə də İran aparıcı neft hasilatçısı ölkələrinin aprelin 17-də Dohada hasilat səviyyəsinin dondurulması ilə bağlı keçirdiyi konfransa qatılmamışdı. Nəticədə konfransda yekun qərar əldə edilməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm