Bakı Fond Birjasında əməliyyatlar azaılıb
Bizi izləyin

Ekopublika.az

Bakı Fond Birjasında əməliyyatlar azaılıb

Cari ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 999 521 382,18 manat təşkil edib.

Publika.az Birjaya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma (-5,72 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 5 713 882 793,11 manat olub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 12,85 dəfə artaraq 14 914 881,15 manatdan 191 607 749,21 manata çatıb. Pay bazarı 17,12 dəfə azalaraq 101 084 299,79 manatdan 5 904 405,74 manata, borc alətləri bazarı isə 24 dəfə azalaraq 716 263 017,73 manatdan 29 858 079,09 manata enib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm