
Bu gün Monteneqronun Davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviçin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Monteneqro işgüzar görüşü keçiriləcək.
Publika.az-ın AZPROMO-nun saytına istinadən verdiyi məlumata
görə, görüş zamanı Monteneqronun Davamlı inkişaf və turizm naziri
Branimir Qvozdenoviç Montenegronun turizm sahəsində investisiya və
biznes imkanları haqqında təqdimatla çıxış edəcək.
Qeyd olunanları nəzərə alaraq, AZPROMO sahibkarları Bakı Biznes
Mərkəzində keçiriləcək Azərbaycan-Monteneqro işgüzar görüşündə
iştirak etməyə dəvət edir. Tədbirin qeydiyyatı 15.30-dan etibarən
başlanacaq.