Ekopublika.az
"Bakcell"ə yeni icraçı direktor təyin edildi
"Bakcell" MMC-yə yeni icraçı direktor təyin edilib.
Publika.az xəbər verir ki, yeni rəhbər telekommunikasiya bazarında 20 illik iş təcrübəsi olan Nikolay Bekersdir.
N.Bekers səlahiyyətlərinin icrasına mayın 1-dən başlayıb.
N.Bekers inkişaf etməkdə olan ölkələrdə 20 illik zəngin beynəlxalq təcrübəyə malikdir. O, “T-Systems Fransa” şirkətinin prezidenti, “Makedonski Telecom” şirkətinin baş icraçı direktoru, “Deitsche Telecom France SAS” şirkətinin prezidenti vəzifələrində işləyib.
O, yeni layihələrin həyata keçirilməsi, biznesin inkişaf etdirilməsi, internet və mobil rabitə xidmətləri göstərən şirkətlərin yenidən qurulması, strategiyanın planlaşdırılması mərhələsindən, bazara çıxış strategiyasının hazırlanması, korporativ mədəniyyətdə müsbət dəyişikliklərin həyata keçirilməsinə qədər müxtəlif sahələrdə uğurlu fəaliyyəti ilə fərqlənib.
N.Bekers İNSEAD biznes məktəbinin və Köln Universitetinin MBA (Biznesin İdarə Edilməsi üzrə magistr) diplomuna sahibdir.
Qeyd edək ki, 2011-ci ildən bu vəzifəni Riçard Şirer tutur.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB