"Dəmir Yolları"nın büdcəyə 4 milyon manat borcu var
Bizi izləyin

Ekopublika.az

"Dəmir Yolları"nın büdcəyə 4 milyon manat borcu var

2015-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 4 mln. 773,3 min manat və ya 3,5 dəfə, 2014-cü illə müqayisədə 3 mln. 425 min manat və 2 dəfə artaraq 6 mln. 660,8 min manata yüksəlib.

Publika.az xəbər verir "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində yer alıb. Hesabatda bildirilir ki, QSC üzrə dövlət büdcəsinə olan borcların həcmi 2 mln. 780,9 min manat (4 dəfə) artaraq 3 mln. 702,7 min manat, artıqödəmənin həcmi isə 1 mln. 373,4 min manat (20,2%) azalaraq 5 mln. 435,8 min manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm