ABƏŞ-dən SOCAR-a bu qədər qaz verilib
Bizi izləyin

Ekopublika.az

ABƏŞ-dən SOCAR-a bu qədər qaz verilib

Bu ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,6 mln. kubmetr, ümumilkdə isə 692 mln. kubmetr səmt qazı verilib.

Publika.az layihənin operatoru "BP-Azerbiajan" şirkətinin hesabatına istinadən xəbər verir ki, SOCAR-a verilən səmt qazının həcmi ötən ilin analoji dövründən 42% azdır. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) iştirak payına malikdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm