FED faizləri artırsa, Rusiya...
Bizi izləyin

Ekopublika.az

FED faizləri artırsa, Rusiya...

Rusiya Mərkəz Bankına tabe olan Araşdırma və Proqnoz İdarəsi tərəfindən hazırlanan "Meyllər Neyə İşarə edir" adlı hesabata görə, FED iyun ayında faiz artımına gedərsə Rusiyadan sərmayə çıxışı riski yaşanacaq.

Publika.az xəbər verir ki, hesabatda Amerika iqtisadiyyatındakı yığışma siqnalları və Çin başda olmaqla bəzi ölkələrin iqtisadiyyatlarının daha sabit mövqe nümayiş etdirməsi səbəbindən FED-in iyun ayında faiz artımına getməsi ehtimalının təkrar gündəmə gəldiyi qeyd edilib.

Qeyd olunub ki, bu Rusiyada yeni sərmayə çıxışı riski yaradacaq: “Rus iqtisadiyyatı içində olduğu resesyonun ən dib nöqtəsini keçmiş vəziyyətdədir. Yeni xarici şoklar yaşanmadığı müddətdə, yavaş da olsa təkrar böyümə müddətinə girmə ehtimalı çox yüksəkdir”.

Hesabatda bildirilir ki, neftin qiymətindəki yüksəliş davam etsə belə rus rublunun güclənmə ehtimalı aşağıdır. Ümumiyyətlə neft bazarlarındakı naməlumluq qarşıdakı larda da davam edəcək.

Rusiya Mərkəz Bankı ötən həftə verdiyi açıqlamada ölkədən sərmayə çıxışının bu ilin yanvar ayında 12,8 milyard dollar olduğunu bildirmişdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm