Sahibkarlara 44,7 milyon manat güzəştli kredit verilib
Bizi izləyin

Ekopublika.az

Sahibkarlara 44,7 milyon manat güzəştli kredit verilib

Ağdaş və ətraf rayonlardan olan 50 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib.

Ağdaş və ətraf rayonlardan olan 50 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib.

Publika.az-ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, fermer təsərrüfatlarının inkişafı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2500-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir.

“Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7598 investisiya layihəsinin maliyyələşdirilməsinə 326 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 29 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.”-deyə, o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm