Neftimiz ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Neftimiz ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 49,97 dollar/barel təşkil edib ki, bu da iyunun 2-nə olan göstəricidən 0,35 dollar/barel azdır.

Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azeri Light-ın qiyməti iyunun 3-də 49,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 3-də 45,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyunun 3-də 48,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm