Putin “Türk axını”ndan danışdı
Bizi izləyin

Ekopublika.az

Putin “Türk axını”ndan danışdı

Rusiya prezidenti Vladimir Putin “Türk axını” təbii qaz boru xətti layihəsindən imtina etmədiklərini, ancaq Türkiyə ilə bəzi siyasi problemlərinin olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Putin bu barədə İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiyanın paytaxtı Moskvada görüşündən sonra təşkil olunan mətbuat konfransında danışıb.

Putin bildirib ki, "Türk Axını” təbii qaz boru xətti layihəsindən imtina etməyiblər. Ancaq Türkiyə ilə bəzi siyasi problemləri var: “Ayrıca, Avropa Komissiyasının bu layihə ilə bağlı mövqeyini dəqiqləşməsi lazımdır. Bu an belə bir dəqiqlik söz mövzusu deyil".

Avropanın rus təbii qazını idxal etmək istəməməsi halında başqa bazarlar tapacaqlarını deyən Putin İsrailə ixrac istiqamətində müzakirələrin davam etdiyini önə çəkib.

Netanyahu da rus şirkətlərinin İsraildəki təbii qaz layihələrində iştirak etməsi üçün hər hansı bir hüquqi maneə olmadığını deyib. Bildirib ki, ölkələrindəki enerji proyektlərinin inkişaf etdirilməsində qapıları bütün dünya şirkətlərinə açıqdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm