Ceyhandan neft nəqli artıb
Bizi izləyin

Ekopublika.az

Ceyhandan neft nəqli artıb

May ayında Ceyhan limanından 2,5 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.

Publika.az SOCAR-a istinadən xəbər verir ki, 2016-cı ilin may ayı ərzində 2 milyon 562 min 488 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 558 min 661 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 milyon 651 min 407 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər Ceyhan limanından 303 milyon 845 min 179 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm