Rubl dolları udur
Bizi izləyin

Ekopublika.az

Rubl dolları udur

Neftin qiymətindəki yüksəliş dolların rubl qarşısında ən aşağı səviyyəyə düşməsinə gətirdi çıxarıb.

Publika.az xəbər verir ki, Brent neftinin barelinin 52 dollara yüksəlməsi nəticəsində rus rublu dollar və avro qarşısında dəyər qazanıb. Dollar 63,74 rubla, avro 72,4 rubla düşüb. Moskva Birjası (MICEX) indeksi isə günün ilk yarısında 0,2 faiz dəyər itirərək 1.947 bala enib. RTS indeksi 0,04 azalaraq 965,02 bala qədər geriləyib.

Analitiklər neft qiymətlərindəki yüksəlişin rublun dollar qarşısında dəyər qazanmasının əsas səbəbi olduğunu bildirirlər. Bununla belə son proseslərin Rusiya Mərkəz Bankının sabah açıqlayacağı faiz qərarına təsir etməyəcəyi deyilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm