Kənd təsərrüfatı məhsulları ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Kənd təsərrüfatı məhsulları ucuzlaşıb

2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,9 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb. 2016-cı ilin may ayında aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşıb. Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xiyarın, pomidorun, lobyanın və kələmin istehsalçı qiymətlərində ucuzlaşma, çay yarpağının və almanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. May ayında heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma, yumurtanın, donuz və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm