Avropa idmana ən çox pul xərcləyən regiondur
Bizi izləyin

Ekopublika.az

Avropa idmana ən çox pul xərcləyən regiondur

Dünya miqyasında idmana artan marağın yaratdığı bazar illik 100 milyard dollara çatıb. Bu rəqəm 130 ölkənin milli gəlirindən yüksəkdir.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, bilet satışları, media yayım hüquqları və sponsorluqlardan ibarət olan idman bazarının 2005-ci ildə 46,5 milyard dollar həcmində olduğu halda, sözügedən bazarın bu il 88 milyard dollara yüksəlməsi gözlənilir. İdman sənayesinin gələn il 91 milyard dollar, sonrakı illərdə isə 100 milyard dollarlıq həcmə çatacağı proqnozlaşdırılır.

Dünya Bankının məlumatlarına görə, Bolqarıstan, Tunis, Sloveniya, Estoniya, Malta, Azərbaycan və Keniya kimi bir çox ölkələrin milli gəlirləri idman üçün xərclənən 100 milyard dollarlardan daha aşağıdır.

Avropada idman iqtisadiyyatının 80%-dən çoxu futbolun payına düşür. İdmana istiqamətli xərcləmələr Avropada daha yüksəkdir. Məsələn, İngiltərədə idman xərcləmələrinin artım sürəti milli gəlirin artım sürətinin təxminən 4 dəfə qabaqlayır. Bu rəqəm Fransada 3 dəfədən çoxdur

Qeyd olunur ki, “AVRO 2016” final maçını 300 milyon adamın televiziyadan izləməsi gözlənilir. Televiziya gəlirinin 1 milyard avro olacağı proqnozlaşdırılır. Çempionatda qalib gələcək komanda 24 milyon avro qazanacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm