İnvestisiya portfelimiz 34 milyon manat olacaq
Bizi izləyin

Ekopublika.az

İnvestisiya portfelimiz 34 milyon manat olacaq

Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) investisiya portfeli hazırda təxminən 30 mln. manata bərabərdir.

Publika.az xəbər verir ki, bunu İSB-nin icraçı direktoru Elxan Quliyev deyib. O bildirib ki, ilin sonuna kimi bu rəqəmin 33-34 mln. manata çatacağı gözlənilir.

Rəhbərlik etdiyi qurumun investisiya portfelinin tərkibindən söz açan E.Quliyev deyib ki, portfel ABŞ dolları, avro, manat və qiymətli kagızlarda yerləşdirilib. Burada Maliyyə Nazirliyinin istiqrazları, digər müəssisə və təşkilatların vekselləri var. Hər ay investisiya portfelinin strukturu dəyişir, vəziyyətə uyğun olaraq dəyişikliklər edilir. Son bir ildə İSB-nin investisiya portfelində təxminən 50% artım olub: "Portfelin bir hissəsi devalvasiyadan öncə xarici valyutada olub. Bu da müəyyən dərəcədə artıma təsir göstərib".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm