Qlobal resessiya riski 50 faizə yüksəlib
Bizi izləyin

Ekopublika.az

Qlobal resessiya riski 50 faizə yüksəlib

AB Şurasının rəhbəri Donald Tusk referendumun nəticələrini şərh edib.

Publika.az xəbər verir ki, D.Tusk İngiltərədəki referendumdan sonra qalan 27 üzvü qoruyacaqlarını deyib: “Birləşmiş Krallıqdakı referendumdan başqa nəticənin çıxmasını istədiyimizi gizlətməyə ehtiyac yoxdur. Bunun nəticəsinin siyasi olaraq nə qədər ciddi və hətta dramatik olduğunun fərqindəyəm". Tusk həmçinin deyib ki, Avropa Birliyi mənfi ssenariyə qarşı hazırlıqlıdır.

Bu arada 765 milyard dollarlıq əmlakı idarə edən “T. Rowe Price Group”-a görə, Böyük Britaniyanın Avropa Birliyindən ayrılma qərarı qlobal resessiya riskini artırıb. Bu risk 50 faizə yüksəlib. “T. Rowe Price” yetkililərinin açıqlamasına görə, “Brexit”in yalnız Birləşmiş Krallığa aid bir problem olduğuna inananlar səhv edirlər: “Onlar Yunanıstanın göstərdiyi təsiri unudurlar. Üstəlik Yunanıstan Birləşmiş Krallıqdan çox kiçikdir, üstəlik maliyyə mərkəzi deyil".

Böyük Britaniyanın təxminən 40 illik müddətdən sonra Avropa Birliyindən ayrılması qlobal bazarlarda zəlzələ təsiri yaradıb. İngiltərə pul vahidi 1985-ci ildən bu yana ən aşağı səviyyəyə düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm