Azərbaycan bu gün 90 mln. dollar itirdi
Bizi izləyin

Ekopublika.az

Azərbaycan bu gün 90 mln. dollar itirdi

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Brexit" nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib.

"Report" xəbər verir ki, 2016-cı il ilk rübünün yekunlarına görə, ARDNF-nin portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 mln. dollar təşkil edib.

Xatırladaq ki, ilk rübün yekunlarına əasən, ARDNF-nin aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm