Qiyməti artan və azalan məhsulların SİYAHISI
Bizi izləyin

Ekopublika.az

Qiyməti artan və azalan məhsulların SİYAHISI

Kənd Təsərrüfatı Nazirliyi ötən ay bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsullarının siyahısını açıqlayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, bu ilin may ayında almanın “Simerenko” və “Palmet” sortu, armud “Düşes”, kivi (yerli) və şabalıdın (yerli) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb.

Almanın “Simerenko” və “Palmet” sortunun qiyməti 20% (0,20 manat), armud “Düşes”in qiyməti 50% (1 manat), kivinin qiyməti (yerli) 15% (0,30 azn), şabalıdın qiyməti (yerli) 28,6% (2 manat) bahalaşıb.

Bundan başqa, digər məhsulların (kələm, xiyar, soğan, sarımsaq, bibər, kartof, portağal, heyva, fındıq və qoz) isə topdansatış qiyməti əvvəlki aya nisbətən aşağı olub və ya sabit qalıb.

Keçən ilin may ayı ilə müqayisədə bu ilin may ayında xiyar (Bakı), bibər (Türkiyə), balqabaq (Masallı), almanın “Palmet”, “Simerenko” və “Qala” sortu və armudun “Düşes” topdansatış qiyməti nisbətən artıb, digər kənd təsərrüfatı məhsullarının topdansatış qiyməti isə aşağı olub və ya sabit qalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm