SOCAR-ın öhdəlikləri 25 milyarda çatıb
Bizi izləyin

Ekopublika.az

SOCAR-ın öhdəlikləri 25 milyarda çatıb

SOCAR-ın 2015-ci ildə gəlirləri 2014-cü illə müqayisədə 6 milyard manat azalıb.

Publika.az SOCARI-ın 2015-ci il üzrə hesabatına istinadən xəbər verir ki, SOCAR-ın gəlirləri 33 milyard 103 milyon manat olub. Bu da 16,6% azalma deməkdir. 2014-cü ildə bu rəqəm 39 milyard manat təşkil edib. 2015-ci ildə şirkətin əməliyyat mənfəəti 28,5% azalaraq 1 milyard 287 milyon manat təşkil edib. Dövlət büdcəsinə mənfəət vergisi 201 milyon manat (azalma 2,3 dəfə) olub.

Şirkətin aktivləri 66% artaraq 39 milyard 954 milyon manata çatıb. Uzunmüddətli aktivlər 2015-ci ildə 59,7% artaraq 25 milyard 990 milyon manat, qısamüddətli aktivlər 79,1% artaraq 13 milyard 964 milyon manat təşkil edib. SOCAR-ın öhdəlikləri 1,9 dəfə artaraq 25 milyard 306 milyon manat olub. Uzunmüddətli öhdəliklər 15 milyard 59 milyon manat (artım 2,5 dəfə), cari öhdəliklər 10 milyard 247 milyon (artım 48,7%) manatdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm