Londonun maliyyə “taxtı” TƏHLÜKƏDƏ – Yeni paytaxt hara olacaq?
Bizi izləyin

Ekopublika.az

Londonun maliyyə “taxtı” TƏHLÜKƏDƏ – Yeni paytaxt hara olacaq?

Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılması Londonda yerləşən qlobal maliyyə şirkətlərini narahat etməyə başlayıb. Belə ki, Londonda fəaliyyət göstərən banklar “EU Pass” adı verilən bankçılıq lisenziyasını itirmək təhlükəsi ilə üzləşiblər. Bu lisenziya banklara AB daxilində məhdudiyyətsiz əməliyyat aparmaq imkanı verirdi.

Nəzərə çatdıraq ki, həm Avropanın, həm də dünyanın ən əhəmiyyətli maliyyə mərkəzi olaraq qəbul edilən London yalnız maliyyə xidmətləri sayəsində ildə 300 milyard dollar gəlir əldə edir. Bu rəqəmin 30 milyard dolları isə Avropa ilə reallaşdırılan əməliyyatlardan daxil olur. Londondan idarə edilən cəmi vəsaitlərin miqdarı isə trilyon dollar səviyyəsində ölçülür.

RƏQABƏT QIZIŞIR

Avropada maliyyə mərkəzi taxtı uğrunda şəhərlərarası rəqabət başlayıb. Başda Frankfurt, Paris, Dublin və Lüksemburq olmaqla bir çox şəhər Londondan qaçacaq banklara ev sahibliyi etmək üçün bir-biriylə rəqabətə girib. Qeyd edək ki, Londonda yalnız maliyyə sektorunda 700 min adam işləyir. Onların təxminən 20 faizi ingilis deyil. Ona görə, 100-150 min nəfərin Londondan köç edəcəyi təxmin edilir.

MƏRKƏZ OLMAQ ÜÇÜN NƏ LAZIMDIR?

Şəhər əvvəlcə işləməyə gələcək xaricilər üçün maraqlı olmalıdır.

Başda hava limanı və hotellər olmaqla iş üçün gələcək insanları qarşılayacaq infrastruktura sahib olmalıdır.

Maliyyə sektorunda işə uyğun insan qaynağı və buna uyğun təhsil mərkəzləri olmalıdır.

Şəhərdə ingilis dili əsas dil olmaqla, xarici dildə danışma nisbəti yüksək səviyyədə olmalıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm