İstehlak kreditləri azalıb
Bizi izləyin

Ekopublika.az

İstehlak kreditləri azalıb

İyun ayının 1-nə ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 932,7 min manat təşkil edib. Kreditlər cəmi kredit qoyuluşlarının 38,1%-nə bərabər olub.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyun ayının 1-nə cəmi kredit qoyuluşları 18 milyard 197,1 milyon manat təşkil edib. Ev təsərrüfatlarına verilən kreditlər 252,7 milyon manat, ilin əvvəlindən ötən 5 ay ərzində isə 1 milyard 450,9 milyon manat azalıb.

Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 3,2 milyon manat artaraq 1 milyard 573,5 milyon manat olub. Ev təsərrüfatlarına verilən kreditlərdən daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər çıxdıqda, qalan kreditlər istehlak kreditləri hesab olunur. Belə kreditlər iyunun əvvəlində cəmi 5 milyard 359,2 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm