1514,2 milyon manat kreditin vaxtı keçib
Bizi izləyin

Ekopublika.az

1514,2 milyon manat kreditin vaxtı keçib

Cari ilin əvvəlindən 18197,1 milyon manat kredit verilib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyun ayının 1-nə kreditlərin 1514,2 milyon manatının vaxtı keçib. Milli valyutada kreditlər 9676,0 milyon manat təşkil edib. Hansı ki mayda bu rəqəm 9723,1 milyon manat idi. Manatla kreditlər üzrə vaxtı keçmiş kreditlərin (qısamüddətli) həcmi isə artıb -777,7 milyon manat təşkil edib. Xarici valyutada kreditlərin həcmi 8521,1 milyon manat olub. May ayında bu rəqəm 9035,6 milyon manat təşkil edirdi. Dollarla kreditlər üzrə də vaxtı keçmiş kreditlərin həcmi də artıb. Nəticədə may ayındakı 655,1 milyon manatdan iyunda 736,5 milyon manata yüksəlib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm